12 aprel 2026 23:07
119

Vaqif Sadıqov Valloniya Regional Parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Belçikanın Valloniya Regional Parlamentinin sədri Villi Borsus ilə görüşüb.

“İki sahil” xəbər verir ki, V. Sadıqov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Biz Azərbaycan ilə Belçikanın Valloniya regionu arasındakı mövcud münasibətləri müzakirə etdik və parlament, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - o bildirib və əlavə edib ki, söhbət əsnasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi, həmçinin təhsil, mədəniyyət və regional inkişaf kimi sahələrdə əməkdaşlığın təşviq edilməsi barədə fikir mübadiləsi aparılıb:

"Konstruktiv əlaqələri davam etdirməyə və gələcəkdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğumuzu ifadə etdik".