"SOCAR Georgia Petroleum" (SGP – SOCAR brendli yanacaqdoldurma şəbəkəsinin sahibi) futbol üzrə 2020-ci ilin Avropa Çempionatına (UEFA Euro 2020) hazırlaşır və turnir başlayanadək Gürcüstanda altıncı yanacaqdoldurma məntəqəsini yarışa ev sahibliyi edəcək şəhərlərin birinə Münhenə uyğun tərtib edib.
SOCAR-dan verilən məlumata görə, sözügedən stansiya Kutaisi şəhərində yerləşir.
Qeyd edək ki, Avro 2020 oyunları 12 şəhərdə baş tutacaq, onların arasında Roma (fəaliyyətdədir), Amsterdam (fəaliyyətdədir), Qlazqo (fəaliyyətdədir), Budapeşt (fəaliyyətdədir), Kopenhagen (fəaliyyətdədir), Bilbao, Buxarest, Münhen (fəaliyyətdədir), Dublin, Bakı, London və Sankt-Peterburq var. Bununla əlaqədar olaraq SOCAR bəzi yanacaqdoldurma məntəqələrini turnirin ev sahibi şəhərləri atmosferində tərtib etmək qərarına gəlib.