SOCAR ölkə hüdudlarında, eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ötən ildə ümumilikdə 7 milyon 542,3 min ton neft hasil edib. Bunun 6 milyon 255,9 min tonu “Azneft” İB-nin, 1 milyon 286,4 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür.
Bu barədə SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Bildirilir ki, hesabat ili ərzində quru və dəniz sahələrində ümumilikdə 65 yeni hasilat quyusu, fəaliyyətsiz quyu fondundan isə 94 quyu təmir edilərək istismara təhvil verilib.
Qeyd edək ki, 2016-cı ildə şirkətin neft istehsalı 7 milyon 522,4 min ton, 2017-ci ildə isə 7 milyon 427,1 min ton olub.