Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidentləri, Şirkətin idarə və müəssisələrinin rəhbərləri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etdilər.
Şirkət nümayəndələri iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq, onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO