Rusiyalı teleaparıcı Svetlana Zeynalova “Paxlava Production” layihəsinə müsahibədə öz Azərbaycan kökləri barədə danışıb, Bakıya səfərdən aldığı təəssüratları bölüşüb.
AZƏRTAC xəbər verir ki, həmvətənimiz Ruslan Süleymanovun “Paxlava Production” YouTube-layihəsinin növbəti qonağı rusiyalı teleaparıcı Svetlana Zeynalova olub.
Bakıya səfəri barədə söhbət açan teleaparıcı deyib: “Mən mədəni şok hissi keçirdim. Şəhər nə qədər dəyişib! O, dəbə uyğun, qabaqcıl, texnoloji və çox təmiz olub! Küçələr o qədər təmizdir ki, mən orada ayaqqabılarımın lazımınca təmiz olmasına şübhələnirdim. Fikirləşirdim: görəsən, burada adamlar gəzirmi, maşınlar hərəkət edirmi, uşaqlar konfet kağızlarını hara gəldi atırlarmı?
Svetlana Zeynalova rusiyalı radio və televiziya aparıcısıdır. Hazırda “Pervıy kanal”da “Dobroye utro” proqramının aparıcısıdır. 2015-ci ilə qədər radioda “Maximum”, “Business FM”, “Naşe radio” proqramlarının aparıcısı olub. Onun bacısı İradə Zeynalova da jurnalist, NTV-də “İtoqi nedeli” proqramının müəllifi və aparıcısı, Rusiya Televiziya Akademiyasının üzvüdür.
“Paxlava production” layihəsinin müəllifləri bizim üç həmvətənimiz – M.V.Lomonosov adına MDU-nun məzunları Ruslan Süleymanov, Ruslan Əhmədov və Nüşabə Kərimlidir. Onlar bu proqram çərçivəsində hazırda Rusiyada yaşayan və işləyən məşhur azərbaycanlılardan və əslən Azərbaycanda olan həmvətənlərimizdən müsahibələr alırlar.
Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur
Azərbaycan və Monteneqro konsulluq məsələləri üzrə əməkdaşlığa dair memorandum imzalayıb
Milli Məclisin deputatı: Avropa Parlamentinin qərəzli qətnaməsi saxta ittihamlardan ibarətdir
Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib