22 iyul 2019 12:12
634

13 yaşlı breykdansçı penaltini qeyri-adi formada yerinə yetirib - VİDEO

13 yaşlı breykdansçı Corc Uorberton penaltini yerinə yetirməyin orijinal üsulunu göstərib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Uorberton topa yaxınlaşdıqdan sonra onu ayağı ilə sürüşdürüb və qeyri-adi tullanışla qapı toruna göndərib. Bu zaman yeniyetmə breykdansçının trükü qapıçını çaşdırıb. Topa ilk toxunuşdan sonra qolkiper digər tərəfə hərəkət edib və sol küncü boşaldıb. "Mərmi" də məhz həmin küncə istiqamətlənib. Bu ifa alqışlarla qarşılanıb.

Qeyd edək ki, peşəkar futbolda Corc Uorbertonun işlətdiyi fənd qayda pozuntusu sayılır. Çünki qaydalara əsasən, penaltini vuran oyunçuya yalnız bir toxunuş üçün icazə verilir. Uorberton isə iki toxunuşdan yararlanıb.