“SOCAR Turkiye Enerji” şirkəti 2020-ci ildən etibarən Türkiyənin daxili bazarında illik 4 milyard kubmetr qaz satışını planlaşdırır.
Bu barədə şirkətin baş direktoru Zaur Qəhrəmanov məlumat verib.
“2020-ci ildən daxili bazarda SOCAR-ın qaz satışı illik 4 milyard kubmetr təşkil edəcək. Bunun 2 milyard kubmetri “Bursagaz” və “Kayserigaz” şirkətlərinin abonentlərinə satılacaq. Onların abonentlərinin ümumi sayı 1,5 milyon nəfər təşkil edir”-deyə, Z.Qəhrəmanov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Şirkət qalan 2 milyard kubmetr qazı isə Türkiyənin daxili bazarında topdan qiymətlərlə satmağı planlaşdırır. (İnterfaks)
SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft Holding” arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO