SOCAR karbamid zavodunda istehsal olunan məhsulun 95 faizini xaricə tədarük etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu zavodun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov Bakıda SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu çərçivəsində keçirilən Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-kimya Sənayesi – Layihələr və Texniki Həllər konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan karbamidinin əsas tədarük bazarları Türkiyə, Qərbi Avropa və Aralıq dənizi ölkələridir.
Qeyd edək ki, “SOCAR Karbamid” zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid məhsulu istehsal etmək niyyətindədir.
SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Esyasoft Holding” arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib
SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO