04 mart 2019 16:00
815

Futbolçu ülgüclə rəqiblərini yaraladı - VİDEO

Türkiyənin 3-cü divizionunda keçirilən "Amedspor" - "Sakaryaspor" oyununda qeyri-adi insident yaşanıb.

"İki sahil"in Qol.az-a istinadən yaydığı xəbərə görə, matçın gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman meydan sahibi komandanın kürd əsilli futbolçusu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib. Onun hətta bir futbolçunun üzünü yaraladığı iddia olunur.

Məsələ ilə bağlı zərərçəkmiş futbolçular Diyarbakır polis idarəsinə şikayət ediblər.