Misli Premyer Liqasının 27-ci turunda “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil” yazır ki, oyunun 32-ci dəqiqəsində İmad Faraj hesabı açıb. 57-ci dəqiqədə isə Breno Almeyda “Neftçi”nin üstünlüyünü iki qola çatdırıb.
65-ci dəqiqədə Slavik Alxasov fərqi minimuma endirib - 2-1.
Misli Premyer Liqası
27-ci tur
11 aprel (şənbə)
20:00. “Neftçi” 2-1 “Araz-Naxçıvan”
Qollar: İmad Faraj, 32 (1-0), Breno Almeyda, 57 (2:0), Slavik Alxasov, 65 (2:1)
“Palms Sports Arena”
Məhərrəm Ağalaroğlu, “İki sahil”