27 fevral 2019 18:00
618

4 qol buraxan "Qalatasaray" yarımfinala yüksəldi - VİDEO

Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, "Qalatasaray" səfərdə "Hatayspor"un qonağı olub. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan "Cim bom" yarımfinal mərhələsinə yüksəlib.

"Hatayspor" - "Qalatasaray" 4:2

Qollar: Gökhan Karadeniz, 59 (pen), 71 (pen), Mirkan Aydın, 79, İsmayıl Çipe, 86 (avtoqol) - Muğdat Çelik, 21, Emre Akbaba, 53