26 fevral 2019 14:26
1358

Şok olay: gənc qız yol polisini belə döydü –  VİDEO

Çində motosiklet sürən ailəni yol polisi saxladıqdan sonra iki xanım arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, motosikletdə sürücünün arxasında əyləşən xanım yol polisi olan qadınla saçyolduya çıxıb.

Tərəflər arasında baş verən dava ətrafdakı insanlar tərəfindən videoya çəkilib.

Qadın polis əməkdaşı motosikletdə əyləşən xanımın ona əl-qol atmasından sonra reaksiya göstərir və beləcə dava başlayır.

Bir-birinə zərbələr endirən iki xanım daha sonra mübarizəni yerdə davam etdirir. Bu zaman xanımın əri və digər polis əməkdaşı onları sakitləşdirməyə çalışır.

Davadan sonra qadınlar bir müddət sözlə bir-birini alçaltmağa çalışırlar.

Sosial şəbəkələrdə baxış sayına görə rekord qıran videonu təqdim edirik.


Kadın polis, durdurduğu sürücünün eşi ile birbirine girdi