26 fevral 2019 10:52
829

İstanbul derbisində 6 qol - VİDEO

Türkiyə Superliqasının XXIII turuna İstanbul derbisi ilə yekun vurulub. “Beşiktaş” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, “Vodafon Park” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində və məhsuldar keçib. Qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bərabərlik nəticəsində “Fənərbaxça” turnir cədvəlində xallarının sayını 25-ə çatdıraraq 14-cü pilləyə yüksəlib.

“Beşiktaş” isə 3 xalı qazana bilmədiyi üçün turnir cədvəlində 40 xalla 3-cü yerdədir.

XXIII turun yekun nəticələrinə görə “Başakşəhər” 51-xalla birinci, “Qalatasaray” isə 45 xalla ikincidir.

Türkiyə Super Liqası, 23-cü tur

25 fevral

Beşiktaş – Fənərbaxça 3:3
Qol: G.Gönül, 10. B.Yılmaz, 18-pen; 45 – M.Zayç, 55. S.Çiftpınar, 62. H.A.Kaldırım, 67.