SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Türkiyə Cümhuriyyətinin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
"İki sahil" Şirkətin saytına istinadən xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli bir meqalayihənin gerçəkləşməsində hər iki qardaş ölkənin dövlət başçılarının göstərdiyi qətiyyətli mövqe və siyasi həmrəylik həlledici faktorlar kimi qeyd olunmuş, SOCAR-ın Türkiyədə həyata keçirdiyi bütün əməliyyatlarında ölkə başçıları İlham Əliyev və Recep Tayyip Erdoğanın göstərdiyi diqqət və davamlı dəstək xüsusi vurğulanmışdır. SOCAR-ın Türkiyədə həyata keçirdiyi nəhəng investisiya layihələri müzakirə edilmiş, onların Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılmışdır.
Rəsmi görüş və müzakirədən sonra qonaqlar SOCAR Tower-də ölkəmizin qədim neft tarixini və Ümummilli lideri tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olmuşlar.
Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin inkişafı müzakirə olunub
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb