Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.
“İki sahil” xəbər verir ki, R. Nəcəf bu barədə "X" sosial şəbəkə səhifəsində yazıb. "Görüşümüzdə Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişafını, eləcə də SOCAR ilə MAIRE arasında uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığın önəmini qeyd etdik.
Neft emalı və neft-kimya sahəsində əməkdaşlığımızın mühüm nümunələri kimi "SOCAR Polymer" layihəsi və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası çərçivəsində görülən işlərə toxunduq, həmçinin tərəfdaşlığımızın yeni istiqamətlər üzrə inkişafı və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdik.
Əldə etdiyimiz nəticələrin və qarşılıqlı etimadın əməkdaşlığımızın növbəti mərhələsi üçün möhkəm zəmin yaratdığına inanıram", - paylaşımda qeyd olunub.
Bu gün “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşümüzdə Azərbaycan və İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişafını, eləcə də SOCAR ilə MAIRE arasında uzun illər ərzində formalaşmış uğurlu tərəfdaşlığın önəmini qeyd etdik.
Neft emalı və… pic.twitter.com/BJxjaA7r2G
— Rovshan Najaf (@RovshanNajaf) September 28, 2026
“SOCAR Türkiyə”nin qrup şirkəti “Petkim”də yeni investisiya mərhələsi başlayıb
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib