12 oktyabr 2018 21:16
2840

"O it balalarını, o bacıları qanlarına qəltan edəcəyəm"

"O köpək qızlarından, it balalarından qisasımı alacağam. Onları sürüyəcəyəm!"

Sabiq MMA döyüşçüsü, cüdoçu və UFC versiyası üzrə qadınlar arasında dünya çempionu Ronda Rauzi qisas yanğısı ilə alışdığını deyib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı aktrisa və restler Ronda Rauzi "WWE Raw"un növbəti mərhələsində Çikaqoda rinqə çıxmış, əkiz bacılar Nikki və Bri Bella bacılarına uduzmuşdu.

Dünən əri Trevis Braunla birlikdə jurnalistlərə açıqlama verən Ronda rəqiblərini söyüb, aşağılayıb: "O it balaları məni yaxşı tanımırlar! Yumruqlarımın gücünü görəcəklər! Revanş matçında onları qanlarına qəltan edəcəyəm".

Revanş matçının baş tutacağı "WWE Evolution" şousu oktyabrın 28-də, Nyu-Yorkdakı "Uniondale" arenasında baş tutacaq.