"Barselona"nın hücumçusu Lamin Yamal ötən gün komandanın məşqi zamanı özünü narahat hiss edib.
O, bu səbədən meydanı tərk edib.
Mənbənin məlumatına görə, tibbi müayinə 18 yaşlı cinah oyunçusunun zədələnmədiyini təsdiqləyib. Yamalın əzələlərində kiçik bir gərginliyin olduğu vurğulanıb. Bildirilib ki, bu, onun "Espanyol"la (11 aprel) oyun üçün "Barselona"nın heyətinə daxil edilməsinə ciddi mane deyil. Amma "Barselona" həkimləri forvarda bir gün əvvəl istirahət etməyi məsləhət görüblər.
Bu mövsüm Yamal bütün yarışlarda 42 oyun keçirib, 21 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.
QOL.az