01 oktyabr 2018 16:48
1972

Maşından 74 mobil telefon çıxdı

Gürcüstandan gələn avtomobildə 74 ədəd mobil telefon və aksesuarları aşkar edilib

Dövlət Gömrük Komitəsinin  Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz 190" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “İki sahil”ə  verilən xəbərə görə, baxışdan öncə  vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama nəticəsində isə  nəqliyyat vasitəsinin arxa buferinin və salonun qabaq oturacaqlarının içərisində gizlədilmiş 145 ədəd yükləyici, 22 ədəd "X-İnova", 27 ədəd "X-PO", 5 ədəd "W-fide" və 20 ədəd "Odscn" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.