28 sentyabr 2018 21:53
2532

İlham Əliyevin qarşısında əzilən Paşinyan danışdı: "İrəvana qayıdan kimi..."

Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü görüşü haqqında danışmaqdan imtina edib.

Publika.az xəbər verir ki, Paşinyan Feysbuk səhifəsində bu barədə belə yazıb: “Mənimlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Düşənbədə danışıq oldu. Təfərrüatlar haqqında İrəvana qayıdanda danışacam”.

Qeyd edək ki, MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti olub. Məlumata görə, MDB dövlət başçıları görüşdən öncə ümumi foto çəkdirib. Bundan sonra Azərbaycan lideri ilə erməni baş nazir videokameralar qarşısında qısa söhbət edib.

Paşinyan İlham Əliyevin qarşısında BELƏ ƏZİLDİ - VİDEO

Fotoda Paşinyanın Azərbaycan lideri qarşısında sıxıldığı aydın görünür. Bu detal Ermənistan mediasının da gözündən yayınmayıb. Erməni mediası Paşinyanı zəiflikdə və təcrübəsizlikdə günahlandırıb.