13 sentyabr 2018 21:05
1347

Ermənistanda xaos dərinləşir - Qalmaqallı səs yazısı Paşinyanı ifşa etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasındakı  telefon danışığının yayılması İrəvanda xaosun bir qədər də dərinləşdiyini göstərir. Politoloqlar deyir ki, iki yüksəkçinli məmur arasındakı danışıq  bir daha sübut edir ki, Ermənistanda həbslər siyasi sifariş əsasında həyata keçirilir.

Rusiya Siyasi araşdırmalar institutunun rəhbəri, politoloq Sergey Markov isə ATV.az-a açıqlamasında bildirdi ki, Ermənistanda hər şey Paşinyanın istəyinə əsasən bir birinə diktə edən qurumlara görə formalaşır.

Xatırladaq ki, dünən Ermənistanda iki xüsusi xidmət orqanı rəhbərinin - Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçaturyan arasında baş tutan telefon danışığı yayılıb. Adı çəkilən şəxslər Ermənistanın 2-ci prezidenti Robert Köçaryan və KTMT-nın baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıblar. Onlar bu şəxslərin həbsində baş nazir Nikol Paşinyanın maraqlı olduğunu etiraf edirlər.