05 iyul 2018 18:29
1163

BANM-ın Məzun Günündə unudulmaz anlar

          Bu il “Bakı Ali Neft Məktəbinin məzunu” adını qazanan tələbələr üçün möhtəşəm Məzun Günü keçirildi. “İki sahil” xəbər verir ki, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və  “Kimya mühəndisliyi” ixtisasları üzrə Ali Məktəbi bitirən tələbələr elə Məzun Günündə öz diplomlarını əldə etdilər. Məzunlar arasından 12 nəfər isə Ali Məktəbi Fərqlənmə diplomu ilə bitirdi.

           Qeyd edək ki, hər zaman sahə üzrə dərin bilikləri, praktiki təcrübələri və dil biliyi ilə seçilən BANM-ın məzunları  daim yerli və xarici şirkətlərin diqqət mərkəzindədirlər. Keçən ilki məzunlar kimi 2018-ci il məzunları da hələ diplom almamış şirkətlər tərəfindən iş təklifi əldə ediblər.

Bakı Ali Neft Məktəbinin Məzun Günündən olan o unudulmaz anı – papaqatma mərasimini sizlərə təqdim edirik.