Brüssel Avropa Komissiyasının (AK) Qrenlandiyadakı nümayəndəliyinin ştatını artırmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Hazırda adadakı nümayəndəlikdə cəmi üç dövlət qulluqçusu fəaliyyət göstərir. Avropa rəsmilərinin bildirdiyinə görə, əlavə heyətin göndərilməsində əsas məqsəd yerli administrasiyaya 225 milyon ABŞ dolları məbləğində investisiya paketinin mənimsənilməsində və idarə olunmasında yardım göstərməkdir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qrenlandiyaya səfəri zamanı bu tərəfdaşlıq paketinin detallarını açıqlamışdı. Ursula fon der Lyayen çıxışında Aİ-nin Danimarkanın tərkibində olan və ABŞ-nin də maraq dairəsində yer alan Qrenlandiyanın ərazi bütövlüyünü və suverenliyini toxunulmaz hesab etdiyini xüsusi vurğulayıb.
Körfəzi ölkələri və İran Omanın vasitəçiliyi ilə Hörmüz sazişini müzakirə edəcək