Media nümayəndələrinin rəqabət siyasəti üzrə sahəvi biliklərinin artırılması məqsədilə təşkil olunan təlimdə rəqabət qanunvericiliyinin tələbləri, bu sahədə dövlət tənzimləmə mexanizmləri və digər aktual məsələlər barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün “Haqsız rəqabət sahəsində tənzimləmələr və təbii inhisarlara dövlət nəzarəti” mövzusunda təlim keçirilib.Təlimə müxtəlif media qurumlarını təmsil edən 40-a yaxıniştirakçı qatılıb.
Tədbir media nümayəndələrinin rəqabət siyasəti üzrəmaarifləndirilməsi və sahəvi biliklərinin artırılması məqsədilə təşkil olunub.
Tədbir çərçivəsində Agentliyin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev və Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi RzalıRəqabət Məcəlləsində nəzərdə tutulmuş tələblər, habelə bu sahədə dövlət tənzimləmə mexanizmləri mövzusunda çıxış ediblər. Çıxışlar zamanı “haqsız rəqabət” anlayışı və onun formaları, haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər, təbii inhisarlara dövlət nəzarətinin üsulları və bu istiqamətdə həyata keçirilən fəaliyyət diqqətə çatdırılıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb,praktiki nümunələr üzərindən izahlar verilib.
Yaqut Ağaşahqızı, "İki sahil"
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR