11 sentyabr 2026 11:19
106

İran və Pakistan Yaxın Şərqlə bağlı danışıqların bərpasını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan ordusunun baş komandanı Asim Munir telefon danışığı apararaq Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində diplomatik səylərin bərpa olunması yollarını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters agentliyi Pakistanın təhlükəsizlik strukturlarındakı mənbəsinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, cümə axşamı baş tutan söhbətin əsas mövzusu İran ətrafındakı münaqişə vəziyyəti olub.

Tərəflər böhranın həlli üçün yenidən danışıqlar masasına qayıtmaq imkanlarını nəzərdən keçiriblər. Müzakirələr zamanı həmçinin regiondakı digər gərginlik ocaqları, o cümlədən husilərin hücumları ilə bağlı məsələlərə toxunulub.