11 sentyabr 2026 10:24
102

Kallas: Trampın dövründə Aİ və ABŞ münasibətləri ciddi sınaqlardan keçir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Donald Trampın rəhbərlik etdiyi hazırkı ABŞ administrasiyası dövründə Aİ-ABŞ münasibətlərinin çətin dövrdən keçdiyini etiraf edib.

“İki sahil” xəbər verir ki, Kallas Belçikanın "Le Soir" qəzetinə müsahibəsində bildirib ki, tərəflər arasındakı münasibətlər dəyişib və hazırda ciddi sınaqlarla üz-üzədir.

O qeyd edib ki, əvvəlki dövrlərdə də münasibətlərin hamar olmadığı zamanlar olub, lakin bütün bunlara baxmayaraq, əlaqələr həm Avropa, həm də Birləşmiş Ştatlar üçün həyati əhəmiyyət daşımağa davam edir.