24 avqust 2026 17:37
86

Helsinki və Kiyev PUA istehsalı üzrə saziş bağlamağa yaxındır

Finlyandiya Prezidenti Aleksander Stubb ölkəsi ilə Ukraynanın yaxın vaxtlarda pilotsuz uçuş aparatlarının (PUA) istehsalı sahəsində əməkdaşlıq haqqında saziş imzalaya biləcəyini bəyan edib.

“İki sahil” xəbər verir ki, "Yle" teleradio şirkətinin məlumatına görə, o, bu barədə Kiyevdə bəyanatla çıxış edib.

"Yle"nin məlumatına əsasən, Finlyandiyanın "Insta" və "Boomeranger" şirkətləri, habelə silah istehsalçısı "Patria" ukraynalı müəssisələrlə birgə istehsala dair niyyət memorandumları imzalayıblar.

"Hərbi əməkdaşlıq beş istiqaməti əhatə edir: dəniz, hava, quru, kiberməkan və kosmos. Düşünürəm ki, dronların təxminən 90%-i Ukraynaya tədarük olunacaq, təxminən 10%-i isə Finlyandiyada qalacaq", — deyə "Yle" Stubbun sözlərindən sitat gətirib.