19 avqust 2026 20:02
95

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə milli assosiasiya məlumat yayıb.

Toplantıda 2026/2027 AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət etmiş "Goranboy" OİK-in sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası "Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar"ın (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra sözügedən kluba AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib.