Biri var idi, biri yox idi...
Biri balaca, amma diribaş... Digəri zərif, amma böyükürəkli...
2026-cı il qadın voleybolçular arasında Avropaçempionatında sizi Azərbaycanın sevilən nağılqəhrəmanları – Cırtdan və Göyçək Fatma qarşılayacaq!
Cırtdan öz cəsarəti, hazırcavablığı və bitməyən enerjisi ilətribunaların əhvalını yüksəldəcək, Göyçək Fatma isəzərifliyi, səmimiyyəti və xoş təbəssümü ilə hər kəsəAzərbaycan qonaqpərvərliyini hiss etdirəcək.
Onlar təkcə yarışın maskotları deyil, həm də Azərbaycanınzəngin mədəni irsinin, milli nağıllarının vəqonaqpərvərliyinin simvolu olacaqlar. Arenaya gələnazarkeşlər, yerli və xarici qonaqlar bu iki qəhrəmanvasitəsilə ölkəmizin isti münasibətini və voleybol sevgisiniyaxından hiss edəcəklər.
Nağıllarımızın qəhrəmanları artıq CEV TrendyolEuroVolley 2026-da sizi gözləyir!