25 fevral 2026 17:56
115

2034 manata əkinini sığortaladı – 24 702 manat ödəniş aldı

Aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır

Ağdam rayonunun Ergi qəsəbəsindən olan fermer, buğda sahəsinə dolu yağması nəticəsində dəymiş zərərə görə böyük sığorta ödənişi alıb.

“İki sahil” xəbər verir ki, qəsəbə sakini Aybəniz Şirinova 2025-ci ildə 61 hektar buğda sahəsini sığortalayıb və bunun üçün 2 034 manat sığorta haqqı ödəyib.

2025-ci ilin may ayının 11-də baş verən dolu hadisəsi onun da əkin sahəsinə zərər vurub. Aparılmış zərər qiymətləndirməsi nəticəsində əkin sahəsində məhsulun 39%-nin itirilməsi qeydə alınıb. Zərər hesablaması nəticəsində fermerə 24 702 manat məbləğində sığorta ödənişi edilib.

Aqrar Sığorta Fondu fermerləri öz təsərrüfatlarını qorumağa və vaxtında sığorta etməyə çağırır.