Litva Xarici İşlər Nazirliyi (XİN) Vilnüsdəki Rusiya səfirliyinin nümayəndəsinə Ukraynanın mülki əhalisinə, enerji və digər kritik infrastruktur obyektlərinə hücumlara görə etiraz notası ünvanlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Litva XİN-in saytında yayılıb.
"Birmənalı şəkildə mülki hədəfləri, mədənçilərlə dolu avtobus, Drujkovka bazarı və ya təcili yardım maşını, həmçinin istilik və elektrik enerjisi şirkətlərini hədəf seçməklə Rusiya danışıqlara qatılmasının imitasiya olduğunu nümayiş etdirir", - xarici siyasət idarəsinin bəyanatında deyilir.
XİN-dən əlavə edilib ki, Moskva müharibənin tezliklə dayandırılmasında maraqlı deyil.
Etiraz notasında vurğulanır ki, Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin təşkilatçıları və günahkarları iddia müddətindən asılı olmayaraq tapılacaq, məsuliyyətə cəlb ediləcəklər.
Bildirilib ki, Rusiyaya etiraz notaları gələcəkdə bu ölkənin siyasi və hərbi rəhbərliyinin məsuliyyətini təmin etmək üçün sübut kimi istifadə olunacaq.