İranın xarici işlər naziri Abbas Arağçı cümə günü Omanın vasitəçiliyi ilə ABŞ-la aparılan nüvə danışıqlarının "yaxşı başlanğıc" olduğunu və davam edəcəyini bildirib.
“İki sahil” yazır ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edilib ki, bu danışıqlar, razılaşmanın əldə edilməməsinin Yaxın Şərqi müharibəyə yaxınlaşdıra biləcəyi narahatlığını aradan qaldırmağa kömək edə bilər.
"Hər hansı bir dialoq təhdid və təzyiqdən çəkinməyi tələb edir. Tehran yalnız nüvə məsələsini müzakirə edir. Biz ABŞ ilə başqa heç bir məsələni müzakirə etmirik", - Abbas Əraqçi deyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”