İstanbulda (Türkiyə) "Marksist-Leninst Kommunist Partiyası" (MKLP) adlanan silahlı terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, MLKP silahlı terror təşkilatını ifşa etmək məqsədi daşıyan araşdırmalarda təşkilatın açıq və gizli strukturlarında fəaliyyət göstərən 121 nəfər müəyyən edilib. Şübhəlilərdən 6-sı həbsdə, 6-sı isə xaricdə olsa da fevralın 3-də 110 nəfəri hədəf alan əməliyyat başlanıb. Şübhəlilərdən 70-i İstanbulda, 42-si isə digər 21 vilayətdə saxlanılıb. Əməliyyatda tutulan 102 şübhəli polis bölməsindəki prosedurlarından sonra İstanbul Ədliyyəsinə təhvil verilib.
Şübhəlilər prokurorluqda ifadələri alındıqdan sonra Sülh Cəza Məhkəməsinə göndəriliblər. 102 şübhəlidən 77-si məhkəmə tərəfindən həbs edilib, 23-ü məhkəmə nəzarəti altında azadlığa buraxılıb, 2-si isə ev dustaqlığına məhkum edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”