Niderland Məlumatların Mühafizəsi İdarəsi və Ədalət Şurasının işçilərinin şəxsi məlumatları kənar şəxslərə sızdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "ANP" agentliyi xəbər verib.
Məlumatına görə, məlumatların sızdırılması dövlət qurumları tərəfindən istifadə edilən proqram təminatında zəiflikdən qaynaqlanır.
Bildirilib ki, "Ivanti Endpoint Manager Mobile" proqram təminatında baş verən bir xəta, üçüncü tərəf istifadəçilərinə işçilərin adları, elektron poçt ünvanları və telefon nömrələri daxil olmaqla şəxsi məlumatlarına icazəsiz giriş əldə etməyə imkan verdi.
Məlumat sızmasından təsirlənən işçilərin dəqiq sayı hələ də müəyyən edilir.