06 fevral 2026 21:00
125

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin fəaliyyətindən narazılığını bildirib. Bu, Rusiyaya məxsus “Şahed” pilotsuz uçuş aparatlarının yetərincə vurulmaması ilə bağlı olub.

“İki sahil” Ukrayna Prezidentinin teleqramda paylaşdığı bəyanata istinadla xəbər verir ki, V. Zelenski bunu fevralın 6-da növbəti gündəlik selektor müşavirəsi zamanı bildirib.

“Ukraynanın bəzi bölgələrində Hərbi Hava Qüvvələrinin işini qənaətbəxş hesab etmirəm. “Şahed”lərin daha effektiv vurulması üçün hansı qərarların dərhal tətbiq olunacağını Hərbi Hava Qüvvələrinin komandanı və Ukraynanın müdafiə naziri ilə müzakirə etdim”, – deyə o vurğulayıb.