23 yanvar 2026 12:54
121

Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq.

“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, o bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.