Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi Əbu-Dabidədə ABŞ və Rusiya nümayəndə heyətləri ilə danışıqların başlandığı barədə yayılan məlumatı təkzib edib. Rəsmi mənbələr bildirir ki, hələlik konsultasiyalar başlamayıb.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bu barədə Zelenskinin müşaviri Sergey Litvin jurnalistlərə açıqlamasında deyib: “Hazırda danışıqların başlanması üçün rəsmi vaxt belə yoxdur.”
Eyni zamanda, Litvin qeyd edib ki, Əbu-Dabiyə gedən nümayəndə heyətlərinin üzvləri rəsmi danışıqlar başlamazdan əvvəl qeyri-rəsmi müzakirələr apara bilərdilər.
Xatırladaq ki, bundan əvvəl Sky News agentliyi Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların artıq başladığını iddia etmişdi.