Türkiyə Qəzzaya növbəti dəfə humanitar yardım göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Mersin Beynəlxalq Limanından yola salınan 20-ci xeyriyyə gəmisində 1400 tonluq ərzaq, uşaq, gigiyena və geyim ləvazimatları, eləcə də yorğan və çadır olub.
Məlumatda 7 oktyabr 2023-cü ildən bu günə qədər Türkiyənin Qəzzaya 20 min tondan artıq humanitar yardım göndərdiyi qeyd olunub.