23 yanvar 2026 16:50
132

Simonyan Rusiyaya səfər edəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan fevralın 5-6-da Rusiyaya səfər edəcək.

“İki sahil” yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, bu məsələ Simonyanın Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı müzakirə olunub.

Danışıq zamanı səfərin təşkili ilə bağlı məsələlər, həmçinin ikitərəfli münasibətlərin gündəliyi müzakirə edilib.