23 yanvar 2026 08:46
144

İranda daha 15 nəfər saxlanılıb

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları İranda etiraz aksiyalarını təşkil etməkdə şübhəli bilinən 15 nəfəri saxlayıblar.

“İki sahil” xəbər verir ki, İran hökumətinin versiyasına görə, onlar ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin dəstəyi ilə fəaliyyət göstəriblər.

SEPAH-ın məlumatına görə, saxlanılan şəxslər İranın cənubundakı Hörmüzgan əyalətində məscidlərin və seminariyaların yandırılmasında iştirak ediblər.

Onlar, həmçinin dövlət və şəxsi əmlakın məhv edilməsində, ictimai asayişin pozulmasında, cəmiyyətdə qorxu və təşviş yaradılmasında, habelə hərbi obyektlərə hücumlarda ittiham olunurlar.