ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmə əməliyyatını əsaslandıran yeni hüquqi rəy hazırlayıb.
“İki sahil” "Report"-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Rəyi hazırlayan Ədliyyə Nazirliyi əməliyyatın qanuni olduğunu göstərəcək.
Baş prokuror Pem Bondi qanunvericilərin yaxın vaxtlarda sənədlə tanış ola biləcəklərini qeyd edib.
D.Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya uğurlu zərbə endirdiyini bildirib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun və həyat yoldaşı Siliya Floresin ələ keçirildiyini və ölkə ərazisindən çıxarıldığını qeyd edib.
İki gün sonra, yanvarın 5-də, Venesuela lideri həyat yoldaşı ilə birlikdə ittihamların irəli sürülməsi üçün Nyu-York məhkəməsinə gətirilib. Məhkəmədə o, günahsız olduğunu və hələ də öz ölkəsinin prezidenti olduğunu deyib. ABŞ məhkəməsi Venesuela konsulluq əməkdaşlarının ziyarətini təyin etməyə razılıq verib. Növbəti məhkəmə iclası 17 mart tarixinə təyin edilib.