08 yanvar 2026 21:43
185

Hələbdə SON VƏZİYYƏT: 9 NƏFƏR ÖLÜB

Hələbdə "Suriya Demokratik Qüvvələri"nin (SDQ) silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb və 55 sakin yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, Hələbdə SDQ ilə Suriya ordusu arasında toqquşmalar davam edir. Suriya ordusu SDQ-nin mövqelərinə qarşı məqsədyönlü hərbi əməliyyatların başladığını elan edib.