İstanbul şəhərində şiddətli külək və fırtına bəzi fəsadlar törədib.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, səhər saatlarından indiyədək 45 ağac qopub, 89 dam uçub, 1 istinad divarı çöküb.
Bir nəfərin yüngül xəsarət aldığı deyilir.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), yanğınsöndürmə və təcili tibbi yardım bölmələrinin əməkdaşları daxil olan 350-yə yaxın müraciətə dərhal reaksiya verib.
Fırtınanın saat 22.00-dək (Bakı vaxtı ilə 23:00) davam edəcəyi gözlənilir.