08 yanvar 2026 05:53
167

Ukraynanın iki vilayəti elektriksiz qalıb - Rusiyadan zərbə

Çərşənbə axşamı Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna zərbə endirməsi nəticəsində Dnepropetrovsk və Zaporojye vilayətləri demək olar, tamamilə elektriksiz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

"Vacib infrastruktur ehtiyat enerji ilə işləyir", - məlumatda deyilir.

Nazirlik əlavə edib ki, zərərin yoxlanılması və bərpa işləri təhlükəsizlik vəziyyəti imkan verdikdən dərhal sonra başlaya bilər.

Dnepropetrovsk və Zaporojye vilayətlərdə hava hücumu xəbərdarlığı qüvvədə qalır.