07 yanvar 2026 22:22
163

Ağ Ev: Venesuelanın qərarları ABŞ tərəfindən diktə edilməyə davam edəcək

“Venesuela artıq Amerika Birləşmiş Ştatlarına qanunsuz narkotik göndərməyəcək”.

“İki sahil” xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib. O, bildirib ki, Venesuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək.

“Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları Amerika Birləşmiş Ştatları tərəfindən diktə edilməyə davam edəcək”,- deyə Livit əlavə edib.