07 yanvar 2026 21:50
166

Burkina Fasoda çevriliş cəhdinin qarşısı alınıb

Burkina Fasoda keçmiş keçid hökumətinin lideri Paul-Henri Sandaogo Damiba tərəfindən təşkil edilən çevriliş cəhdinin qarşısı alındığı elan edilib.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik naziri Mahamadou Sana RTB dövlət televiziyasına verdiyi açıqlamada 3 yanvarda ölkədə sabitliyi pozmaq cəhdinin qarşısı alındığını bildirib.

O, çevriliş cəhdinin keçmiş keçid hökumətinin lideri Damiba tərəfindən təşkil edildiyini və məqsədin hərbi rejimin lideri İbrahim Traoreni zərərsizləşdirmək olduğunu bildirib.

Sana vəziyyətin nəzarət altında olduğunu və iştirak edənlərin qanun qarşısında məsuliyyət daşıyacağını vurğulayıb.

Xatırladaq ki, hərbi rejimin hazırkı lideri İbrahim Traore 30 sentyabr 2022-ci ildə çevriliş yolu ilə hakimiyyətə gələn polkovnik Paul-Henri Sandaogo Damibanı devirib.

Damiba həmçinin 2022-ci ilin yanvarında o vaxtkı prezident Roch Marc Christian Kaboreni devirərək hakimiyyəti ələ keçirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”