ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ohayo ştatındakı evində baş vermiş hadisə fonunda bir nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadla məlumat yayıb.
"Polis səhər saatlarından vitse-prezident Cey Di Vensin evində baş vermiş hadisəni araşdırır. Azı bir nəfərin saxlanıldığını bildirib", - məlumatda qeyd edilib.
Hadisənin təfərrüatları açıqlanmayıb, lakin şahidlərin vitse-prezidentin evində sınıq pəncərələr gördükləri qeyd olunub.