07 yanvar 2026 09:04
163

Çində 5.2 bal gücündə zəlzələ olub

Çinin Sincan Uyğur Muxtar Bölgəsində 5.2 bal gücündə zəlzələ qeydə alınıb.

İki sahil” xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, zəlzələnin episentri Daşkurqan Tacik Muxtar Bölgəsində olub.

Təxminən 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ ilkin məlumatlara görə, heç bir tələfat və ya ziyana səbəb olmayıb.

Məlumatda yerli nəqliyyat və rabitə şəbəkələrinin, eləcə də elektrik şəbəkəsinin zəlzələdən təsirlənmədiyi və gündəlik həyat və istehsal fəaliyyətlərinin normal davam etdiyi bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”