07 yanvar 2026 08:38
154

Çin Tayvanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Çin hakimiyyəti Tayvanın daxili işlər idarəsinin rəhbəri Lyu Şifan və adanın təhsil naziri Cen İn-yaoya qarşı sanksiyalar tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurası yanında Tayvan işləri üzrə dəftərxananın rəsmi nümayəndəsi Çen Binhua bəyan edib.

"Qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun olaraq materik Çini Lyu Şifan və Cen İn-yaonu Tayvan müstəqilliyinin barışmaz tərəfdarları siyahısına daxil etmək, həmçinin onlara qarşı sanksiyalar tətbiq etmək barədə qərar qəbul edib", - deyə o, brifinqdə bildirib.