07 yanvar 2026 08:54
152

Venesuelada xarici jurnalistlər saxlanılıblar

Venesuelada xarici media qurumlarında çalışan jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Nikolas Maduronu həbs etməsindən sonra Venesuelada baş verən hadisələri işıqlandıran ən azı 14 jurnalistin saxlanıldığı bildirilir.

Venesuelada mətbuat işçilərini təmsil edən həmkarlar ittifaqının açıqlamasına görə, bazar ertəsi günü paytaxt Karakasda ən azı 14 jurnalist saxlanılıb. Saxlanılanların əksəriyyətinin xarici media təşkilatlarında işlədiyi, jurnalistlərin daha sonra sərbəst buraxıldığı və bir jurnalistin deportasiya edildiyi bildirilib.

Həmkarlar ittifaqının bəyanatında jurnalistlərin avadanlıqlarının yoxlanıldığı, mobil telefonlarının yoxlanıldığı və sosial media mesajlarının nəzərdən keçirildiyi açıqlanıb. Həmçinin, biri Kolumbiya, digəri İspaniya vətəndaşı olan iki jurnalistin Kolumbiya sərhədində qısa müddətə saxlanıldığı bildirilib.

Bu hadisələrdən sonra Karakas küçələrində təhlükəsizlik qüvvələrinin və silahlı qrupların mövcudluğunun artdığı bildirilir. Bəzi sakinlər gücləndirilmiş təhlükəsizlik tədbirlərinin gündəlik həyatda narahatlıq yaratdığını bildirirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”