28 dekabr 2025 21:48
98

Ukrayna xəbəri təkzib edib

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Qulyapole şəhərinin Rusiya ordusu tərəfindən tutulmasına dair yayılan xəbəri təkzib edib.

“İki sahil” xəbər verir ki,  Ukrayna Cənub Müdafiə Qüvvələri bildirib ki, ruslar əvvəllər Xarkov vilayətinin Kupyansk şəhərinin işğalı haqqında yalan danışdıqları kimi, Qulyapole və Stepnogorsk şəhərlərinin ələ keçirilməsini də uydurublar. Bu, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın dekabrın 28-nə planlaşdırılan görüşü ilə bağlıdır.

Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin də Rusiyanın Qulyapolenin ələ keçirilməsi ilə bağlı bəyanatının həqiqətə uyğun olmadığını bəyan edib.